18.04.2022

"Elektrodinamika II hissə" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 22 aprel tarixində saat 17:00-da fizika fənni üzrə “Elektrodinamika ll hissə” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin fizika müəllimi, müəllimlər və yuxarı sinif şagirdləri üçün fizikadan əlavə dərs vəsaitinin müəllifi Şəmsəddin Qurbanov çıxış edəcək.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.