14.04.2022

ARTİ-də növbəti açıq qapı günü

ARTİ dissertantura və doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün növbəti açıq qapı günü elan edir.

Qeyd edək ki, doktorantura və dissertanturaya sənəd qəbulu davam edir. 

Açıq qapı günündə alim olmağa hazırlaşan iddiaçılara  sənəd qəbulu prosesində yarana biləcək çətinliklər, ən çox verilən sualların cavabları və ən əsası portal.edu.az saytı vasitəsilə  həyata keçirilən  elektron sənəd qəbulu qaydaları izah olunacaq. 

ARTİ açıq qapı günlərində sənəd təqdim etməyə hazırlaşan iddiaçıların suallarını cavablandırmaqla yanaşı ixtisas seçimi və digər istiqamətlərdə də dəstək göstərməyi nəzərdə tutur.

Qeyd edək ki, doktorantura və dissertanturaya sənəd qəbulu üçün son tarix 5 may 2022-ci ildir.

Ətraflı məlumat üçün: +994 12 493 82 71 ; +994 12 599 08 08