13.04.2022

Daniel Qoulman " Emosional intellekt nəzəriyyəsi" mövzusunda vebinar

14 aprel saat 17:00-da Daniel Qoulman "Emosional intellekt nəzəriyyəsi" mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində təlimçi müəllim Şölə Mustafayeva çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd D.Qoulmanın "Emosional intellekt nəzəriyyəsi"nin əhəmiyyəti və sinifdə praktik tətbiqi yollarını izah etməkdir.

Qeyd edək ki, tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.