07.04.2022

"Refleksiv müəllim" vebinarı keçiriləcək

11 aprel 2022-cil il tarixində saat 16:00-da Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün “Refleksiv müəllim” vebinarı keçiriləcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Refleksiv müəllim” layihəsi əsasında ayda 2 dəfə olmaqla onlayn şəkildə keçirilir və 1,5 saat davam edir.

Layihənin əsas məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, ümumilikdə,  dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.

Vebinarda iştirak etmək istəyən müəllimlər 11 aprel 2022-ci il tarixində saat 12:00-dək müvafiq link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/oGazFe6iJYNM973h7