05.04.2022

Beynəlxalq olimpiadalarda yüksək nəticə göstərən tələbələrlə görüş keçirilib

ARTİ rəhbərliyi 4 aprel 2022-ci il tarixində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərən tələbələrlə görüş keçirib. Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək olimpiada və müsabiqələrin məktəblilər üçün olan əhəmiyyətindən danışıb. O, həmçinin qeyd edib ki, qaliblər gələcəkdə müəyyən tezislər üzərində çalışaraq akademik və tətbiqi nöqteyi-nəzərdən yeni nəsil olimpiadaçılara töhfə verə biləcəklər. R.Əzizov qlobal trendlərə istinad edərək son illərin ən aktual sahələrindən bəhs edib. Bu sahələr arasında avtomatlaşdırma, robototexnika, elektronika, informasiya təhlükəsizliyi, proqramlaşdırma, alternativ enerji mənbələrinin işlənməsi, neft-qaz sənayesi mühəndisliyi, data analitikası, süni intellekt sahələri, logistika və nəqliyyat və digər sahələr yer alıb.

Görüşdə tələbələr fikir mübadiləsi çərçivəsində beynəlxalq olimpiadalarda qazandıqları təəssüratlarını bölüşüb və hədəflərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlardan söz açıblar.

Qeyd edək ki, görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, müavinləri Ülkər Babayeva və Aytən Zamanova, İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov və şöbənin əməkdaşı Qorxmaz Mustafayev iştirak edib.