05.04.2022

Müsahibə mərhələsinə start verildi

4 aprel tarixindən etibarən müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub. Keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunan şəxslər iştirak edəcəklər.

7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

Bütün iştirakçılara uğurlar diləyirik!