31.03.2022

ARTİ kurikulum üzrə mütəxəssislər axtarır

ARTİ aşağıdakı fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

  • Azərbaycan dili
  • Ədəbiyyat
  • Xarici dil (ingilis dili)
  • Coğrafiya

 

Tələblər:

  • İxtisas fənni üzrə dərin bilik və bacarıqlar
  • Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq
  • Fikirləri yazılı formada ifadə etmə təcrübəsi
  • Araşdırma və təhlil üzrə səriştə
  • Ən azı 5 illik pedaqoji təcrübə
  • Sərbəst iş qrafiki
  • Xarici dil üzrə bilik və bacarıqlar

 

Müraciət forması: Yuxarıdakı  tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 10 aprel 2022-ci il tarixinədək  [email protected] poçt ünvanına göndərmələri xahiş olunur. Emailin başlıq bölməsində “Coğrafiya (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.

Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.