31.03.2022

Yaz kampı təşkil edilir

Olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsi məqsədilə yaz kampı təşkil edilir. 

Dərslər riyaziyyat fənni üzrə Beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimi professor Nazim Kərimovun rəhbərliyi ilə əvvəlki illərin olimpiada qalibləri Yusif Qasımov (Bakı Ali neft məktəbi) və Vüqar Quliyev (Bakı Dövlət Universiteti) tərəfindən keçirilir. 

Şagirdlər ötən ilin dekabr ayında təşkil edilən və 5700-dən çox şagirdin qatıldığı iki mərhələli imtahan əsasında seçilib.

Qeyd edək ki, 25 nəfər şagirdin iştirakı ilə keçirilən dərslər Kimya-biologiya təmayüllü Respublika liseyində təşkil olunur.