30.03.2022

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərlə görüş keçirilib

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərlə görüş keçirilib. Görüşə keçmiş beynəlxalq olimpiada qalibi və əvvəlki illərdə Azərbaycan milli komandalarına beynəlxalq olimpiadalara hazırlıq prosesində treyner kimi dəstək olan Cəfər Cəfərov qatılıb.

C. Cəfərov təcrübələrini, eləcə də bu istiqamətdə ortaya çıxan çətinliklərin həlli yollarını şagirdlərlə bölüşüb. 

Həmçinin görüşdə qarşıdakı EGMO (Avropa qızlar Riyaziyyat Olimpiadası), BMO (Balkan Riyaziyyat Olimpiadası), IMO (Beynəlxalq Riyaziyyat Olimpiadası) hazırlıq istiqamətində fəaliyyətlər müzakirə edilib,  şagirdlərin sualları cavablandırılıb.