28.03.2022

Lütfi Zadə adına məntiq olimpiadasının keçiriləcəyi tarix açıqlandı

2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək.

Şagirdlər 28 mart 2022-ci il tarixindən 1 aprel 2022-ci il tarixi saat 12:00-a qədər buraxılış vərəqələrini portal.edu.az platformasına daxil olaraq əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.