26.03.2022

"Mühəndislik düşərgəsi" başladı

24 mart tarixində Şəki rayonunda müxtəlif universitetlərdən olan ümumilikdə 35 tələbənin iştirakı ilə ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunan “Mühəndislik düşərgəsi”nə start verilib.
ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov açılış tədbirində iştirak edərək tələbələrin hər birinə uğurlar arzulayıb.
Kampın ilk günü “Unimetal” MMC-nin Texniki işlər üzrə meneceri Orxan Vahabovun “İstehsalat layihələrinin idarə olunması” mövzusunda çıxışı baş tutub. O. Vahabov təqdimat zamanı layihə, layihənin planlaşdırılması və idarə olunması, layihə rəhbəri və onun rolu, vəzifələri, şirkətin strategiyası, komanda, yekun hesabat və s. kimi mövzulardan bəhs edib.