28.03.2022

İmtahan tarixi dəyişdirildi!

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin imtahan tarixi dəyişdirilib. Belə ki, imtahan 24 aprel tarixində keçiriləcək.

Öncədən qeydiyyatdan keçən şəxslər eyni buraxılış vərəqəsi ilə həmin tarixdə imtahanda iştirak edə biləcəklər.

Qeyd edək ki, qeydiyyat üçün son tarix 18 aprel saat 16:00-dır. Müsabiqəyə qeydiyyat ttm.edu.az saytı üzərindəndir.