18.03.2022

Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının qeydiyyat müddəti başa çatıb

Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının qeydiyyat müddəti artıq başa çatıb. Qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini 28-31 mart tarixləri arasında portal.edu.az saytı vasitəsilə əldə edə biləcəklər.

Qeyd edək ki, Fənn müsabiqələrinə 25000-ə yaxın, Lütfi Zadə olimpiadasına isə 15000-ə yaxın şagird qeydiyyatdan keçib.