17.03.2022

"Coğrafiya fənindən kompleks biliklər tələb edən test tapşırıqlarının izahı" mövzusunda vebinar

18 mart saat 17:00-da “Coğrafiya fənindən kompleks biliklər tələb edən test tapşırıqlarının izahı” mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində Bakı Dövlət Universitetinin müəllimi  Mahir Sərkərli çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd coğrafiya fənnindən kompleks biliklər tələb edən test tapşırıq nümunələrinin izahının verilməsidir.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.