16.03.2022

"Elmin zərif simaları" adlı tədbir keçirilib

11 mart 2022-ci ildə “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universitetinin dəstəyi ilə ADA Universitetində “TEDx” formatında “Elmin zərif simaları” adlı tədbir keçirilib.

Tədbirdə ARTİ-nin direktor müavini Ülkər Babayeva çıxış edib. Ü. Babayeva elmin inkişafında qadınların rolu haqqında danışıb. Özünü kodlaşdırma, yüksək əzmkarlıq, zəhmət və çalışqanlığın qazanılan uğurlara təsirinin vacibliyini qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai, ARTİ-nin direktor müavini Ülkər Babayeva, “ATL Academy”nin icraçı direktoru Mehriban Nəzərova, BANM Keyfiyyətin təminatı şöbəsinin rəhbəri, telejurnalist Günay Malikqızı, “PAŞA Bank” ASC-nin eksperti, “Femmes Digitales”in həmtəsisçisi Şəhla Məmmədova, Sağlamlıq və qidalanma üzrə rəhbər Minay Məsimova və doktorant Aygün Azadova çıxış ediblər.