16.03.2022

Tələbələrin "Mühəndislik düşərgəsi"

Quba rayonunda ARTİ-nin təşkilatçılığı ilə 22-26 mart tarixlərində tələbələrin “Mühəndislik düşərgəsi” təşkil ediləcək.

Kampda müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər.

Spikerlər tələbələrə maraqlı olan mövzular-layihələrin idarə olunması, kommersiyalaşma, mühəndisliklə bağlı qlobal trendlər, yeni texnologiyalar, dizayn təfəkkürü, səmərəli istehsalın təşkili və planlaşdırılması, proseslərin təhlükəsizliyi, mühəndislik əsaslı startaplar və digər istiqamətlərdə müxtəlif seminarlar keçəcəklər.

Düşərgə tələbələrə hazırda dünyada mühəndislik sahəsində baş verən təcrübələr, mühəndislikdə idarəetmə, karyera inkişafı ilə bağlı səriştlərə yiyələnmək üçün gözəl imkan olacaq.