15.03.2022

Respublika fənn müsabiqələrinin qeydiyyat müddəti uzadılıb

3 aprel 2022-ci il tarixində ümumtəhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.


Müsabiqəyə qeydiyyat müddəti 18 mart saat 12:00-a kimi uzadılıb. Qeydiyyat https://portal.edu.az/ platforması üzərindən həyata keçirilir. 

Qeyd edək ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.