15.03.2022

Beynəlxalq olimpiadaların qalibi Salman Hüseynov Massaçusets Texnologiya İnstitutuna daxil olub

Kimya fənni üzrə Respublika və Beynəlxalq olimpiadaların qalibi Salman Hüseynov Massaçusets Texnologiya İnstitutuna daxil olub.

Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Hüseynov Salman Zaman oğlu 2019-2020–ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında kimya fənni üzrə 2-ci yerin, 2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında isə 1-ci yerin qalibi olub.

Həmçinin S. Hüseynov 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) 3-cü yeri əldə edərək bürünc medal qazanıb.

Qeyd edək ki, Salman Hüseynov hal-hazırda Beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.