14.03.2022

"Mühəndislik düşərgəsi" üçün seçmə imtahan keçirilib

12 mart 2022-ci il tarixində tələbələr arasında “Mühəndislik düşərgəsi” üçün seçmə imtahan keçirilib.

İmtahanda ümumilikdə 605 nəfər tələbə iştirak edib. İmtahan nəticələri 15 mart 2022-ci il tarixində tələbələrin qeydiyyatdan keçərkən istifadə etdikləri elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, imtahanın təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-könüllü proqramının könüllüləri iştirak edib.