10.03.2022

Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək

3 aprel 2022-ci il tarixində ümumtəhsil müəssisələrinin  VI-VII sinif şagirdləri arasında  Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçiriləcək.

Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək. Müsabiqəyə qeydiyyat  9 mart 2022-ci il tarixində saat 12:00-dan etibarən portal.edu.az platforması üzərindən keçirilir. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, qeydiyyat 14 mart 2022-ci il tarixində, saat 18:00-da yekunlaşacaq.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.