09.03.2022

RFO-nun informatika fənni üzrə keçirilən yarımfinal turunun nəticələri elan olunub

8 mart 2022-ci il tarixində ölkə üzrə 5 mərkəzdə RFO-nun informatika fənni üzrə keçirilən yarımfinal turunun nəticələri elan olunub.
Bakı şəhəri üzrə 2 (Ada Universiteti və Bakı Mühəndislik Universiteti), bölgələr üzrə isə 3 mərkəzdə (Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan şəhəri kimya biologiya təmayüllü respublika liseyi) keçirilən yarımfinal tur aşağı yaş qrupu üzrə saat 10:00, yuxarı yaş qrupu üzrə isə saat 15:00-da başlayıb.
Nəticələrə baxmaq üçün: https://bit.ly/3IZg7bl
RFO “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
Bütün iştirakçılara uğurlar arzulayırıq!