04.03.2022

Dərslik komplekti pilot siniflərə sınaq üçün təqdim edilib

ARTİ tərəfindən cari tədris ilinin II yarımilində IV siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat dərslik komplektlərinin II hissəsi hazırlanıb və respublika ümumtəhsil müəssisələrinin seçilən pilot siniflərinə (97 məktəb, 123 sinif) sınaq üçün təqdim edilib. Dərslik komplektinə dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait daxildir.

Qeyd edək ki, bu dərslik komplektləri hazırlanarkən qabaqcıl ölkələrdə dilin və riyaziyyatın tədrisindəki müasir metodoloji yanaşmalar və təlimin pedaqoji prinsipləri, habelə beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələri araşdırılaraq, dərsliklərin quruluş və məzmununda nəzərə alınıb.