21.01.2022

Respublika Fənn Olimpiadalarına start verilir

22 yanvar 2022-ci il tarixində Respublika Fənn Olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək. Olimpiadalarda iştirak üçün ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilir.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirilməsinə yardım etməkdir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir. 

Linkə keçid edərək izləyə bilərsiniz:

https://bit.ly/3fLsnzm