14.01.2022

2021-2022-ci tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi. İnformatika fənninin keçirilməsi haqqında

Cari tədris ilində informatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn formatda keçiriləcək. İmtahana qoşulmaq üçün hər bir istifadəçiyə davamlı internet əlaqəsi və internetə qoşula bilən kompüter və ya noutbuk lazımdır (telefon və planşet kimi cihazlar əlverişsizdir) Onlayn yarış mühitindən istifadə qaydaları aşağıdakı linkdə verilmişdir:

https://www.youtube.com/watch?v=79UR4ckl8cg

Şagirdlərə yarışda iştirak etmək üçün istifadəçi adı və parolları qeydiyyatdan keçdikləri üsullarla portal.edu.az şəxsi kabinet və  ümumtəhsil müəssisəsi (8-ci siniflər) vasitəsilə göndərilib. Həmçinin, telefon nömrələri qeyd edən istifadəçilərə həmin məlumatlar sms vasitəsilə göndərilib. Yanvar ayının 18,19,20-si, 2022-ci il tarixlərində praktiki sessiya keçiriləcək. Praktiki sessiyanın məqsədi iştirakçıların yarış mühitində işləmə bacarıqlarını formalaşdırmaqdır. Qeyd edək ki, həmin sessiyanın nəticəsi əsas yarışın nəticəsinə təsir etmir.

Əsas yarış 22.01.2022-ci il tarixində saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcək. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil edir. Şagirdlərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq. Yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcək.

Yarış müddətində əlavə resurs və kənar vasitələrdən istifadə halları aşkarlanarsa və ya kodun hər hansı bir açıq mənbədən köçürülməsi hallarına rast gəlinərsə, həmin istifadəçi yarışdan kənarlaşdırılacaq.

 

Olimpiada da iştirak edən hər bir şagirdə uğurlar arzulayırıq!