07.01.2022

İngilis dili fənni üzrə "Inversion" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.


Növbəti vebinar 10 yanvar tarixində saat 17:00-da İngilis dili fənni üzrə "Inversion" mövzusunda keçiriləcək. 


Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin direktor əvəzi və ingilis dili müəllimi Elşən Qurbanov Mirzağa oğlu çıxış edəcək. E. Qurbanov  bakalavr təhsilini Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatı müəllimi” ixtisası, magistr təhsilini isə “Xarici ölkələr ədəbiyyatı” ixtisası üzrə alıb. O, orta məktəb kurikulumunu əhatə edən 10-dan çox kitabın müəllifidir. İngilis dilinin öyrənilməsi və öyrədilməsi mövzusunda Azərbaycan və Türkiyədə müxtəlif konfrans, təlim və seminarlarda iştirak edib.


Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.


Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.