29.12.2021

ARTİ-nin direktoru Rüfət Əzizov və kollektivi Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet heyəti ilə görüşüb

ARTİ-nin direktoru Rüfət Əzizov və kollektivi 28 dekabr 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet heyəti ilə görüşüb.

Rüfət Əzizov ARTİ-nin ali təhsil pilləsinin müxtəlif səviyyələrində, həmçinin ümumi orta təhsil, peşə təhsili ilə əlaqəli icra etdiyi layihələr haqqında danışıb. Həmçinin bildirib ki, ixtisasartırma kurslarının təşkili, tələbə və şagirdlərdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi ARTİ-nin fəaliyyət sahələrinə daxildir. R. Əzizov əmək bazarı ilə düzgün əlaqələrin qurulması yolları haqqında müzakirələr edib.

Kamal Abdulla çıxışı zamanı rəhbərlik etdiyi ali təhsil müəssisəsinin ARTİ ilə müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ADU-nun tədris, elmi və ictimai istiqamətlərdəki layihələri haqqında məlumat verib, beynəlxalq əlaqələri barədə danışıb.

Görüş zamanı hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyi qeyd olunub.

Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, müavinləri Ülkər Babayeva və Aytən Zamanova, Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı, Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova iştirak edib.