16.12.2021

Riyaziyyat fənni üzrə vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 17 dekabr tarixində saat 17:00-da riyaziyyat fənni üzrə keçiriləcək.

Vebinarda spiker qismində 286 saylı tam orta məktəbin riyaziyyat müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Azadə Kərimova çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd  “Birməchullu tənliklər”, “Tənliklər sistemi”, “Funksiyalar və qrafiklər” və “Funksiyaların limiti” mövzularına aid müxtəlif tapşırıqların  təhlil edilməsidir.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.