14.12.2021

İbtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə "Morfologiya" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 15 dekabr tarixində saat 17:00-da ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə "Morfologiya" mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək.

Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq "Morfologiya" bölməsinə dair müxtəlif növ tapşırıqların təhlilini ibtidai sinif müəllimlərinin diqqətinə çatdırmaqdır.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.