13.12.2021

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına hazırlıqlar davam edir

ARTİ tərəfindən seçmə imtahanlar əsasında müəyyən olunaraq Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında ölkəmizi təmsil edəcək milli komanda üzvlərinə müntəzəm qaydada dərslər, laboratoriya hazırlıqları keçirilir.    

Belə ki, "Azecolab Company"də fəaliyyət göstərən təcrübə otağında hər həftə sonu təşkil edilən laboratoriya hazırlıqları sona çatıb. 11 dekabr 2021-ci il tarixində keçirilən sonuncu laboratoriya hazırlığı 6 nəfər şagirdin iştirakı ilə 3 saat davam edib. Şagirdlər 2 qrupa bölünərək müxtəlif tipli kimyəvi eksperimentlər aparıblar.