03.12.2021

"Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr" adlı beynəlxalq onlayn forum keçiriləcək

3 dekabr tarixində saat 19:00-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və “T-Network” təcrübə və kommunikasiya platformasınının dəstəyi ilə “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum keçiriləcək.

ARTİ-nin icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində baş tutacaq forumda 10 yerli və əcnəbi spiker müxtəlif mövzularda çıxış edəcəklər.

Forumda iştirak üçün qeydiyyat ödənişsizdir və saat 16:00-a qədər davam edəcək. Qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.icmalayihesi.edu.az/eui-forum