30.11.2021

İnformatika fənni üzrə beynəlxalq olimpiadadan gümüş medal

24-29 noyabr 2021-ci il tarixlərində informatika fənni üzrə 13-cü payız turniri onlayn formatda Bolqarıstanın Şumen şəhərində təşkil edilib. Həmin yarışda məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəblinin qatıldığı olimpiadada Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova gümüş medal qazanıb.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən ARTİ və  “Azercell Telekom” MMC  arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.