27.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına qeydiyyat başa çatıb

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 29 noyabr tarixində baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransında iştirak etmək üçün qeydiyyat prosesi başa çatıb.

Qeydiyyat prosesini uğurla tamamlamış hər bir şəxsə konfransda iştirakın təsdiqi haqqında elektron məktub, konfransın yekun proqramı, müvafiq sessiyalar və panel müzakirələrə qoşulmaq üçün Zoom keçidləri göndərilib.

Sözügedən konfrans üçün qeydiyyatdan keçmiş hər bir şəxsdən xahiş olunur ki, elektron poçt ünvanlarını (“Spam” qutusu daxil olmaqla) diqqətlə yoxlasınlar.