26.11.2021

VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edəcək komanda məlum oldu

6-13 dekabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində VI Meqapolislər olimpiadası keçiriləcək.

Olimpiadanın onlayn şəkildə təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.

Ölkəmiz bu yarışda riyaziyyat, informatika, kimya və fizika fənləri üzrə hər birindən 2 iştirakçı olmaqla təmsil ediləcək. Həmin şagirdlərin siyahısını aşağıda təqdim edirik:

Sadıq Sadıqzadə

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi

Fizika fənni üzrə

Eşqin Alıyev

Təhsil Nazirliyinin  birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi

Fizika fənni üzrə

Elçin Musazadə

Bakı şəhəri, 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi

Riyaziyyat fənni üzrə

Toğrul Abbasov

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi

Riyaziyyat fənni üzrə

Nəriman Şirinli

BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi

Kimya fənni üzrə

Əli Bağırov

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan "Ankara məktəbi" məktəb-liseyin XI sinif şagirdi

Kimya fənni üzrə

Səid Nəsibov

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi

İnformatika fənni üzrə

Fidan Hüseynova

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi

İnformatika fənni üzrə