25.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına sayılı günlər qalıb

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Konfransın açılış sessiyasında ARTİ-nin direktoru Rüfət Əzizov, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa  Kazdal və “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov çıxış edəcəklər.

Xatırladaq ki, konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyən etməkdir. Onlayn baş tutacaq konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin, tələbələr və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.