24.11.2021

Yeniyetmələrin 18-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO) iştirak edəcək milli komandanın iştirakçıları laboratoriya hazırlığı keçiblər

Məktəblilərimiz 2004-cü ildən etibarən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı uğurla təmsil edərək medallar qazanırlar. Seçmə imtahanları əsasında müəyyən olunan milli komanda üzvlərinə müntəzəm olaraq dərslər, laboratoriya hazırlıqları keçirilir.

Belə ki, 21 noyabr 2021-ci il tarixində "Azecolab Company"də fəaliyyət göstərən təcrübə otağında Yeniyetmələrin 18-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO) iştirak edəcək milli komandanın iştirakçıları laboratoriya hazırlığı keçiblər. Şagirdlər "Sirkənin tərkibindəki asetat turşusunun təyini" təcrübəsini iki üsulla müəyyən etmək bacarıqlarına yiyələniblər. Təcrübənin əsasında şagirdlər turş meyvə məhlulunda olan sirkə turşusunun qatılığını və onun xassələrini araşdırıblar. 

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.