24.11.2021

"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək.

Elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri  təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

Elmi konfransın birinci günü “Peşəkar inkişaf” adlı ikinci paneldə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Təhsilverənlərin peşəkar inkişaf imkanları”, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov “Müəllim peşəkarlığının inkişafının nəzəri-pedaqoji məsələləri”, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov “Metodik dəstəyin təşkili və təhsildə müasir metodist obrazı”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Çapay Quliyev “Öyrədənlərin fərdi inkişafının psixoloji əsasları”, kafedra müdiri Qızıllı Əliyeva “Tədris prosesində İKT-dən istifadə rəqəmsal savadlılığı formalaşdırma amili kimi”, kabinet müdiri Səminə Rüstəmova “Tədris prosesində interaktiv mühitin yaradılması məsələləri”, Naxçıvan Dövlət Universitetinin dosentləri Vahid Rzayev “Pedaqoji kreativlik, yaxud kreativ pedaqogika”, Salatın Hacıyeva isə “Distant təlimin psixoloji problemləri” mövzusunda məruzə edəcəklər.