22.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransının baş tutmasına sayılı günlər qalıb

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Sözügedən konfransın gündəliyində “Virtual beynəlxalq təcrübə” sessiyası yer alacaq. Sessiya zamanı ADA Universitetinin Qlobal tərəfdaşlıq və mübadilə proqramları ofisinin rəhbəri Milana İbrahimova pandemiya zamanı virtual (hibrid) formatda mübadilə proqramlarının təşkili, əldə olunan uğurlar, bu sahədə ən yaxşı təcrübələr, pandemiya zamanı əcnəbi tələbələrlə iş və onlar üçün təşkil olunan dəstək tədbirləri haqqında çıxış edəcək və mövcud sualları cavablandıracaq.

Milana İbrahimova Bakı Dövlət Universitetində bakalavr, Avropa Kollecində magistr təhsili alıb və 2018-ci ildən ADA Universitetinin Qlobal tərəfdaşlıq və mübadilə proqramları ofisində çalışır.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa

Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.