22.11.2021

"Mexanika bölməsinə ümumi baxış" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 23 noyabr saat 17:00-da “Mexanika bölməsinə ümumi baxış” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində fizika müəllimi Namiq Süleymanov çıxış edəcək. N.Süleymanov 2018-ci ildə ARTİ-nin təşkilatçılığı ilə keçirilmiş "İstedadlı şagird üçün istedadlı müəllim" olimpiadasının qalibi olub.

Vebinarın keçirilməsində məqsəd fizikanın mexanika bölməsində müəllimlərin çətinlik çəkdiyi əsas məqamlara toxunmaq və onlara həm elmi, həm praktik üsullarla izahlar verməkdir.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.