22.11.2021

"SABAH.lab" Akselerasiya Mərkəzinin təqdimatları davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatları davam edir.

Növbəti təqdimat ARTİ tərəfindən icra olunan "Kibertəhlükəsizlik" təlim layihəsinin bir qrup iştirakçısı üçün keçirilib.

Təqdimatda “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, mərkəzin əməkdaşları Talifa İskəndərli və Orxan Abbasov iştirak ediblər.

Rəhim Bayramlı çıxışında proqramın mahiyyətindən danışıb. Bildirib ki, “SABAH.lab” ARTİ-nin nəzdində yaradılmış yeni və innovativ startap akseleratordur. “SABAH.lab” çərçivəsində 6 aylıq intensiv inkişaf proqramı startapların qurulmasına və inkişafına xidmət göstərəcək. Bu xüsusi proqramın yaradılmasında “IE Business School” birbaşa iştirak edib. Həmçinin proqram və proqramın təklif etdiyi xarici mentorlar və xüsusi kurikulum haqqında məlumat verilib.