12.11.2021

Region müəllimləri və metodik kabinet əməkdaşları üçün onlayn təlimlər davam edir

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimləri davam edir.  

7-12 noyabr tarixlərində mərkəzin əməkdaşları Ayşə İsmayılova, Səbinə Balayeva, Fidan Abbasova və Lətafət Cütcüzadənin təqdimatında Bərdə, İsmayıllı, Salyan, Qobustan rayonları üzrə təlimlər keçirilib. Təlimlərə ümumilikdə  130 nəfər metodik kabinet əməkdaşı və müəllim qoşulub.  

Qeyd edək ki, təlimlər növbəti həftələrdə də davam etdiriləcək. Təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.