12.11.2021

Şagirdlərimiz Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadasında 4 medal əldə ediblər

8-11 noyabr 2021-ci il tarixlərində Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadası keçirilib. 

Rusiya, Türkiyə, Tayland, Malayziya kimi 19 fərqli ölkədən şagirdlərin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən məktəblilərimiz uğurlu nəticə göstərərək 4 medal əldə edib. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin XI sinif şagirdi Fəxriyyə Məmmədova və Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev gümüş, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Rüfət Məmmədov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramin Qasımlı bürünc medal qazanıblar. 

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.

ARTİ medalçıları təbrik edir və uğurlar arzulayır!