16.08.2021

Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətlərə start verib. 

Fəaliyyətlər çərçivəsində ARTİ tərəfindən onlayn formatda bir sıra mövzular üzrə vebinarlar təşkil olunur.

Növbəti vebinar “Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi katibi, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İradə Qasımova çıxış edəcək. Onlayn tədbir 23 avqust saat 19:00-da ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Nəzərinizdə çatdıraq ki, vebinarların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsidir.