11.03.2021

İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 18 mart 2021-ci il, saat 19:00-da “İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.

 

Vebinarda spiker qismində “Allsee Technologies” MMC-nin təsisçisi və icraçı direktoru Dr. Baoli Zhao çıxış edəcək. O, Nitqin tanınması üzrə doktorantura təhsilini Nottinqem Trent Universitetində və Executive MBA dərəcəsini Oksford Universitetində alıb. Hal-hazırda, Dr. Baoli Zhao əqli mülkiyyət, yeni müəssisə yaradılması, investisiya cəlb edilməsi və texnologiya marketinqi ilə ünsiyyət qurmağı dəstəkləmək üçün Oksford Universitetinin İnnovasiya mərkəzində mentor olaraq fəaliyyət göstərir. Cənab Baoli, eyni zamanda iri və xırda firmaları bir araya gətirərək Birləşmiş Krallığı dünyanın ən iddialı şirkətlərinə ev sahibi etmək üçün qurulan "Be the Business" hərəkatının səfiridir.

Tədbirdə innovasiya sahibkarlarının iqtisadi inkişafdakı rolu və bu sahibkarlardan biri olmağın yolları müzakirə ediləcək. Eyni zamanda, ali təhsilin sahibkarlığın inkişafına verdiyi töhfənin əhəmiyyəti barədə məlumat veriləcək.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 16 mart 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/30CctQ0