04.03.2021

Minillikdən sonrakı nəsil: təhsilin yeni erası

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 10 mart 2021-ci il tarixində, saat 19:30-da keçiriləcək “Minillikdən sonrakı nəsil: təhsilin yeni erası” adlı vebinarda iştirak etməyə dəvət edir.

 

Bank sektorunda 15 ildən çox təcrübəsi olan xanım Qalina Xromina vebinarda qonaq məruzəçi qismində çıxış edəcək. O, Oksford Universitetindəki “Saïd Business School”un Executive MBA dərəcəsinə malikdir. Məruzəçi hazırda Rusiyadakı “Raiffeisen Bank”da baş menecer, vitse-prezident vəzifələrində çalışır.

 

Bu tədbir fərqli nəsillərin, xüsusilə də “Z” adlandırılan yeni nəslin təhsil ehtiyaclarını araşdırmağa yönəldilib. Həmçinin, xanım Qalina Xromina hazırkı təhsil mühitini və mövcud problemləri müzakirə edəcək.

 

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 8 mart 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/2OnauME