22.06.2017

"Təhsil Menecerlərinin Peşəkar İnkişafı" layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə  bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir.

Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün tələblər:

 -  Ali təhsil

 - Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi

 - Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:

- Liderlik bacarığı

- Yüksək motivasiya

- Səmərəli qərar qəbuletmə bacarığı

- Nəticəyönümlülük

- İKT-dən istifadə bacarığı

- İngilis dili bilikləri

- Məntiqi düşüncə bacarığı

- Təhsil qanunvericiliyi üzrə biliklər

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar:

http://bit.ly/2sE7lt5

Qeyd:  

Müraciət üçün son tarix: 20 iyul 2017-ci il