01.07.2021

ARTİ 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan (Aşağıda əlavə olunub) əsasında 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun (5 iyun 2021-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına olunmuş əlavə və düzəlişlərlə) olaraq həyata keçirilir.                                                                                                                                                    

Qeyd edilənləri  nəzərə  alaraq, fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya sənəd qabulu üçün 1-15 iyul 2021-ci il tarixləri nəzərdə tutulub.                             

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 1, 2, 3 sentyabr, ixtisas imtahanı isə 9, 10 sentyabr 2021-ci il tarixlərində baş tutacaq.           

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.                    

Doktoranturaya sənəd təqdim etmek istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara (Aşağıda əlavə olunub) uyğun olaraq qeydiyyatdan keçməlidirlərPortal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 1 iyul saat 9:00-dan 15 iyul saat 17:00-a qədər mümkündür.

Ətraflı məlumat üçün: +994 12 493 82 71 

Plan

Təlimat 1

Təlimat 2