01.09.2020

Təhsil İnstitutu 2020-2021-ci il üçün doktoranturaya qəbul elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2020-2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli 493 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun (13 noyabr 2019-cu il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən olunmuş əlavə və düzəlişlərlə)  olaraq həyata keçirilir.

DOKTORANTURADA TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ ŞAMİL EDİLƏN TƏLƏBLƏR:

“Fəlsəfə doktoru” proqramı üzrə:

  • ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi;
  • ixtisas uyğunluğu;
  • xarici dil bacarıqları.

"Elmlər doktoru" proqramı üzrə:  

  • “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi;
  • seçilən ixtisas üzrə pedaqoji stajı;
  • elmi və ya elmi-pedaqoji nailiyyətləri;
  • fundamental tədqiqatları yüksək səviyyədə aparmaq bacarığı;
  • yüksək səviyyədə xarici dil bacarıqları.

Doktorant təhsil müddətində:

  • peşə biliklərinə dərindən yiyələnməli;
  • müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;
  • elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;
  • fərdi iş planını tam yerinə yetirməli;
  • Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq imtahanlar verməli;
  • elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;
  • doktorant və dissertantlar hər il İnstitutun elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada (dissertanturada) təhsilini davam etdirməsi barədə qərar qəbul olunur
  • doktorant (disertant) təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir. 

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Doktoranturada “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün:

  • ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
  • tərcümeyi-hal (çap və elektron formada);
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş ixtisas üzrə referat
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplom və diploma əlavələrin (əsli şəxsən təqdim edilir) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (əsli şəxsən təqdim edilir));
  • magistr təhsili olanların dissertasiyasının çap və elektron forması (elektron daşıyıcıda);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir).

"Elmlər doktoru" proqramı üzrə:

  • ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
  • tərcümeyi-hal (çap və elektron formada);
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı (forma 2.4);
  • Fəlsəfə doktoru (elmlər namizədi) emi dərəcəsi diplomunun notarial qaydada təsdiq edilmiş surəti, fəlsəfə doktoru (elmlər namizədi) dissertasiyası və avtoreferatı ilə birgə (çap və elektron daşıyıcıda) təqdim edilir;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir).

TARİXLƏR

Sənədlər  01-25 sentyabr 2020-ci il tarixlərində  Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri Afiyəddin Cəlilov küçəsi 86) saat 10:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul edilir.

Ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, iddiaçılar  sənədlərini onlayn formada [email protected] elektron poçt ünvanına göndərməklə yanaşı, həm də 25 sentyabr 2020-ci il tarixinədək pandemiya şəraitinə uyğun olaraq sanitar-gigiyenik normalara riayət etməklə instituta şəxsən təqdim etməlidirlər.

Nəzərdə tutulan elmi rəhbərlə (məsləhətçi) görüş və müsahibə 28-30 sentyabr 2020-ci il tarixlərində təşkil olunacaq.

Qəbul imtahanları və müsahibələr  01 oktyabr – 10 noyabr 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur..

Fəlsəfə doktoru proqramı üzrə Qəbul imtahanları (Elmlər doktoru proqramı üzrə qəbul olmaq istəyən şəxslərlə müsahibələr) 01 oktyabr – 10 noyabr 2020-ci il aralığında keçiriləcəkdir. 

İMTAHAN FORMATI

Fəlsəfə doktoru proqramı doktoranturaya (əyani və qiyabi) qəbul olunmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Proqramlarla İnstitutun kitabxanası və ya saytından tanış olmaq olar.

Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

Elmlər doktoru proqramı üzrə təhsil almaq istəyənlər ixtisas üzrə müsahibə və esse yazmaqla müsabiqədən keçir.

 

ƏLAQƏ

www.arti.edu.az

Tel: (012) 493 82 71

E-mail: [email protected] 


Tərcümeyi-hal forması

Anket sorğusu forması   

Fəlsəfə fənnindən proqram

Xarici dillərdən proqram

 

Qeyd: Tərcümeyi-halın elektron formasını və  anket sorğusu formasını [email protected] ünvanına göndərin.