13.02.2020

Təhsil İnstitutu "Peşə təmayüllü siniflərin təşkili" layihəsinə vakansiya elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu “Peşə təmayüllü siniflərin təşkili” layihəsinə dövlət-özəl tərəfdaşlığı üzrə mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  •  Layihənin əhatə etdiyi bölgələrdə fəaliyyət göstərən özəl və ya dövlət müəssisələri  ilə məktəb arasında əlaqələr qurmaq;
  • Özəl və dövlət sektoru ilə əlverişli əməkdaşlıq yaratmaq üçün hüquqi sənədlər və mexanizm hazırlamaq;
  • Şagirdlər üçün təcrübə səfərləri təşkil etmək;
  • Şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə qısa və uzunmüddətli təcrübə keçmələri üçün müəssisələr tapmaq və təcrübə imkanları təşkil etmək;
  • Partnyor portfeli hazırlamaq;
  • Şagirdlərin yaradıcılıq və şəxsi inkişaf ilə bağlı digər işlər.

 

Tələblər:

  • Ali təhsil;
  • Özəl sektorda minimum 3 il iş təcrübəsi;
  • Strateji planlaşdırma, nəticələrə əsaslanan idarəetmə və hesabat vermə bacarığı;
  • Problemin həllinə yönəlmiş yüksək analitik bacarıq;
  • Komanda ilə işləmə bacarığı.

İş şərtləri

  • İş vaxtı 09:00-18:00
  • 5 günlük iş qrafiki (şənbə və bazar günləri, iş günü olmayan xüsusi günlər qeyri iş günləridir )

Qeyd edilən tələblərə uyğun gələn şəxslərin CV-lərini  [email protected] elektron poçt ünvanına “Dövlət-özəl tərəfdaşlığı üzrə mütəxəssis” başlığı altında göndərməyi xahiş olunur.

Yuxarıda göstərilən tələblərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.

Müraciət üçün son tarix: 28 fevral 2020-ci il.