29.10.2018

ARTİ təhsil işçilərini "İnnovativ pedaqoji texnologiyalar" adlı ödənişsiz seminara dəvət edir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsil işçilərini 01 noyabr tarixində İnnovativ pedaqoji texnologiyalar”  adlı ödənişsiz seminara dəvət edir. Seminar ARTİ-nin direktor müavini Ənvər Abbasov tərəfindən aparılacaq.   

Qeydiyyat başa çatıb!

Seminar zamanı: 

  • Pedaqoji texnologiyaların mahiyyəti, məzmunu; 
  • Təlim texnologiyalarının təsnifatı və xarakterik xüsusiyyətləri; 
  • Pedaqoji texnologiyalardan məqsədyönlü necə istifadə etməli;  
  • Pedaqoji texnologiyalarda yeni təlim texnologiyalarının rolu; 
  • Təlimin təşkilində optimal təlim üsul və vasitələrinin seçilməsi prinsipi və s. məsələrə toxunulacaq. 

Qeydiyyat başa çatıb!

Seminarın tarixi: 01 noyabr 2018-ci il 

Seminarın keçirilmə saatı: 13:30 – 15:30

Ünvan: Bakı ş., A.Cəlilov 86. Azərbaycan Respublikasının Təhsil İnstitutu

Əlaqə nömrəsi: 055 505 48 82 (saat 9:00-18:00 arası əlaqə saxlamaq olar)

E-mail: [email protected]