10.10.2018

ARTİ İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsi İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Seçilmiş məktəblərin ziyarət edilməsi və İnformatika dərslərinin gedişatının izlənilməsi;
  • İnformatika dərslərinin dinlənilməsi, qiymətləndirilməsi və rəy verilməsi;
  • Nümunəvi dərslərin hazırlanması və təqdimatı;
  • Hazırlanmış kurikulum və metodik vəsaitin tətbiqi üçün mütəmadi dəstəyin verilməsi.

Tələblər:

  • Kompüter elmləri / “İnformatika müəllimliyi” üzrə ixtisas dərəcəsi
  • Minimum 3 illik pedaqoji təcrübə

Göstərilmiş tələblərə uyğun gələn şəxslərdən özləri haqqında məlumatları (CV) [email protected] elektron poçt ünvanına “İnformatika üzrə mentor” başlığı altında göndərmələri xahiş olunur.

Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaq.

Müraciət üçün son tarix: 21 oktyabr 2018